Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişib

Rusiya Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişib


12-05-2022, 22:06. Yazar: Admin

Rusiya Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyini dəyişib

Rəsmi Moskvanın Ukraynanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı mövqeyi dəyişib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

"Kiyevin Aİ-yə daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib. İndi bu, Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqe ilə oxşardır", - deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, Ukrayna-Rusiya danışıqları zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski Moskvanın Kiyevin Aİ-yə qoşulmasına qarşı olmadığını bəyan etmişdi.


Geri dön