Ana Sayfa > Karusel / Gündəm > Çelik: “Bəzi erməni qrupları Türkiyə ilə normallaşma prosesini sabotaj etmək istəyir”
Çelik: “Bəzi erməni qrupları Türkiyə ilə normallaşma prosesini sabotaj etmək istəyir”12-05-2022, 19:59. Yazar: Admin |
"Son zamanlar erməni diasporu daxilində bəzi qruplar Türkiyə və Ermənistan arasında gedən normallaşma prosesini sabotaj etmək üçün geniş səylər göstərir, biz bunları bilirik". Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib. O son dəfə iki ölkə təmsilçilərinin Vyanada 3 may tarixində görüşdüklərini xatırladaraq, indiyədək prosesin müsbət şəkildə davam etdiyini qeyd edib. Bundan əlavə, o, Azərbaycan və Türkiyə prezidentlərinin bölgədə sülhün bərqərar olması naminə bu məsələdə göstərdikləri iradənin də vacibliyini vurğulayıb. Geri dön |