Ana Sayfa > Karusel / Gündəm > Türkiyənin “Altay” tankı Koreya mühərrikləri ilə sınaqlara başlayıb

Türkiyənin “Altay” tankı Koreya mühərrikləri ilə sınaqlara başlayıb


12-05-2022, 16:50. Yazar: Admin

 

2021/03/YCNCN-1615270608.jpg
   
Türkiyənin “Altay” tankına Cənubi Koreya istehsalı mühərriklərin inteqrasiyası başlayıb.

Bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

O qeyd edib ki, tankların yeni mühərriklərlə sınaqları artıq başlayıb.

“Biz indi Koreyadan gələn güc paketini “Altay” tankımızın prototipinə inteqrasiya etdik. Hal-hazırda prototip üzərində sınaqlar davam edir və çox yaxşı nəticələr var. Hazırda Koreya ilə kütləvi istehsal baxımından ciddi addımlar atılıb. Bu mühərrik ilk dəfədir ki, tanka inteqrasiya olunur”, - deyə Dəmir qeyd edib.

“Altay” layihəsi çərçivəsində Türkiyə yerli dizayn tankların istehsal edilməsini planlaşdırır. Müqaviləsi 2008-ci ildə imzalanan layihənin ilk mərhələsində 2 prototip istehsal edilib və sınaqları uğurla başa çatıb. Tankın sınaqları başa çatdıqdan sonra Almaniya mühərrik və transmissiya sistemlərinə embarqo qoydu və tankın kütləvi istehsalı həyata keçirilmədi.

Geri dön