Ana Sayfa > Karusel / Region > Ukraynadan gələn azərbaycanlı tələbələr imtahan üçün geri ÇAĞIRILDI

Ukraynadan gələn azərbaycanlı tələbələr imtahan üçün geri ÇAĞIRILDI


12-05-2022, 16:34. Yazar: Admin

Ukraynada təhsil alan bəzi azərbaycanlı tələbələr əyani formada imtahan vermək üçün yenidən bu ölkəyə çağırılıb.

 

Qarabaginfo.azxəbər verir ki, bu barədə tələbələr sosial şəbəkələrdə məlumat yayıblar.

 

Bildirilib ki, Ukraynada mart ayından müharibə şəraitinə görə əyani dərslər dayandırılıb, lakin tələbələr imtahan vermək üçün geri çağırılıblar.

 

“Fevral ayından bəri Ukraynada təhsil sistemi dayandırıldı, mart ayında distant oxumağa başladıq. İndi də deyirlər ki, imtahanlar əyani olacaq”,- Ukraynadan gələn azərbaycanlı tələbə Aysel Soltanova bildirib.

 

Qeyd olunub ki, Ukraynada müharibənin davam etməsinə baxmayaraq, əksər ali təhsil müəssisələrində semestr imtahanı əyani qaydada keçiriləcək.(Modern.az)


Geri dön