Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Baş nazirinin müavini beynəlxalq axtarışa verilib
Ermənistan Baş nazirinin müavini beynəlxalq axtarışa verilib12-05-2022, 16:28. Yazar: Admin |
Ermənistan Baş nazirinin müavini Hambardzum Matevosyana qarşı ordudan yayınmağa görə axtarış elan edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Oragir.news” nəşri öz mənbələrinə istinadən yazıb.
Mənbənin məlumatına görə, Matevsyan vaxtilə Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci hissəsi ilə başlanmış cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nəşr bildirib ki, Matevosyan 2011-ci il fevralın 3-də həbs qərarı ilə Ermənistan polisi tərəfindən axtarışa verilib, 2012-ci il dekabrın 28-də axtarış dayandırılıb, lakin cinayət işinin taleyi hələ də məlum deyil. Hambardzum nəşrin suallarını cavablandırmayıb, Ermənistan hökumətindən isə cavab olaraq bildiriblər: “Baş nazirin müavini Hambardzum Matevosyanın adına daxil olan sorğuya cavab məlumat azadlığı haqqında Ermənistan qanununun tənzimləməsi sahəsindən kənardır”. Geri dön |