Ana Sayfa > Karusel / Sosial > Sabah “Azəriqaz” “Açıq qapı” aksiyası keçirəcək

Sabah “Azəriqaz” “Açıq qapı” aksiyası keçirəcək


12-05-2022, 14:25. Yazar: Admin

Dövlət qurumu Azəriqaz-la bağlı məhkəməyə müraciət edib

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Qarabaginfo.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.


Geri dön