Ermənistanda daha bir əsgər intihar edib.
Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Bş Prokurorluğu məlumat yayıb:
“2022-ci il mayın 11-də saat 10:15 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi Argişti Armeni Yeqyan tüfənglə özünü döş qəfəsindən güllələyərək intihar edir.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə uyğun olaraq cinayət işi açılıb”, - deyə məlumatda bildirilir.