Ana Sayfa > Karusel / Siyasət > Mirzoyan Lavrov və Bayramovla görüş üçün Düşənbəyə getdi

Mirzoyan Lavrov və Bayramovla görüş üçün Düşənbəyə getdi


12-05-2022, 11:57. Yazar: Admin

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Düşənbəyə yola düşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vaan Hunanyan bildirib.


Tacikistanın paytaxtında Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.


Həmçinin Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bundan əlavə, Mirzoyan MDB ölkələrindən olan həmkarları ilə görüşlər keçirəcək.
 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da bu gün Düşənbəyə yola düşüb.


Geri dön