Ana Sayfa > Karusel / Dünya > Prezident və Baş nazir Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib 

Prezident və Baş nazir Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib 


12-05-2022, 11:29. Yazar: Admin

Prezident və Baş nazir Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib - YENİLƏNİB

Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.

Qarabaginfo.az xəbər verir ki, Prezident Sauli Niinistö Baş nazir Sanna Marinlə birgə bəyanatında ölkəsinin NATO-ya üzvlüklə bağlı müraciət etməli olduğunu bəyan edib.

“Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir”, -Niinistö və Marinin birgə bəyanatında qeyd olunub.

Qeyd edək ki, Rusiya ilə 1 300 kilometr uzunluğunda sərhədi olan Finlandiya Ukraynada müharibədən öncə şərq qonşusu ilə münasibətləri qorumaq məqsədi ilə NATO-dan kənarda qalmağa üstünlük verirdi.


Geri dön