Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda faydalı qazıntı yatağı 169 min manata hərraca çıxarılır
Azərbaycanda faydalı qazıntı yatağı 169 min manata hərraca çıxarılır12-05-2022, 10:41. Yazar: Admin |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Qazax rayonunda yerləşən “Daş Salahlı” bentonit gili yatağını hərraca çıxarır. Qarabaginfo.az xəbər verir ki, hərrac iyunun 14-də, saat 15:00-da keçiriləcək. Sahəsi 8,5 hektar olan yatağın ilkin satış qiyməti 169 400 manatdır. Bu məbləğin 10%-i beh kimi ödənilməlidir. Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün ƏMDX-nın Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44. Geri dön |