Ana Sayfa > Karusel / Region > Xerson Rusiyanın tərkibinə daxil olmaq üçün MÜRACİƏT ETDİ

Xerson Rusiyanın tərkibinə daxil olmaq üçün MÜRACİƏT ETDİ


12-05-2022, 10:12. Yazar: Admin
Xerson Rusiyanın tərkibinə daxil olmaq üçün MÜRACİƏT ETDİXerson Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən təsdiqlənmiş Xerson vilayətinin Mülki-hərbi idarəsi rəhbərinin müavini Kirill Stremousov məlumat verib. Guya xersonlular Rusiyanın bir hissəsi olmağa hazır olduqlarını bəyan ediblər.

Onun sözlərinə görə, Xersonda heç bir xalq respublikalarının yaradılması nəzərdə tutulmur, region Rusiya Federasiyasının tərkibinə daxil olmağa çalışacaq.

“Xerson şəhəri Rusiyadır, Xerson vilayətinin ərazisində heç bir XXR yaradılmayacaq, referendum olmayacaq. Bu, Xerson vilayətinin rəhbərliyinin Rusiya Federasiyasının Prezidentinə müraciətinə əsaslanan vahid fərman olacaq və bölgənin Rusiya Federasiyasının tamhüquqlu regionuna daxil edilməsi xahişi olacaq”, – Stremousov deyib.


Geri dön