Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir: "Azərbaycan bu il qaz hasilatını 14%-dən çox artırıb"

Nazir: "Azərbaycan bu il qaz hasilatını 14%-dən çox artırıb"


12-05-2022, 10:06. Yazar: Admin

Nazir: "Azərbaycan bu il qaz hasilatını 14%-dən çox artırıb"

Bu ilin 4 ayında Azərbaycanda operativ məlumatlara əsasən hasil edilmiş 11,1 mln.ton neftin 9 mln. tonu ixraca nəql edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% artımla hasil edilmiş 15,7 mlrd. kubmetr qazın 7,6 mlrd. kubmetr ixrac olunub.


Geri dön