Ana Sayfa > Karusel / Dünya > Çində sərnişin təyyarəsi yanıb, onlarla insan xəsarət alıb

Çində sərnişin təyyarəsi yanıb, onlarla insan xəsarət alıb


12-05-2022, 07:54. Yazar: Admin

ABŞ-da təyyarə yanıb: 20 yaralı (YENİLƏNİB-2)

“Tibet Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Çzyanbey” beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Hadisə yerli vaxtla saat təxminən 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.

Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu dəqiqləşdirilib. Hadisə zamanı 40 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.


Geri dön