Ana Sayfa > Karusel / Gündəm > Türkiyənin “Hurjet” döyüş təyyarəsi gələn il istifadəyə veriləcək

Türkiyənin “Hurjet” döyüş təyyarəsi gələn il istifadəyə veriləcək


12-05-2022, 00:10. Yazar: Admin

Türkiyənin “Hurjet” döyüş təyyarəsi gələn il istifadəyə veriləcək

Türkiyə istehsalı olan “Hurjet” döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.

Qarabaginfo.az NTV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.

“Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü ildə milli döyüş təyyarəmizi anqardan çıxararaq ilk uçuşunu həyata keçirəcəyik”, - deyə Dəmir bildirib.

Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, “Hurjet” performans baxımından Amerikanın “F-35” qırıcı təyyarələrindən üstün olacaq.

Türk qırıcısı 2017-ci ildə hazırlanıb.


Geri dön