Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şəhriyardan daha bir heç-heçə
Ana Sayfa > Karusel / Gündəm > Şəhriyardan daha bir heç-heçə

Şəhriyardan daha bir heç-heçə


11-05-2022, 22:55. Yazar: Admin

Şəhriyardan daha bir heç-heçə

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" davam edir.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dairəvi sistemlə təşkil olunan yarışın 6-cı turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gəlib.

Qarşılaşma 96-cı gedişdə heç-heçə ilə başa çatıb.

Millimizin üzvü hazırda turnirdə 1,5 xalla 10-cu-sonuncu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Ötən ilki "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.


Geri dön