Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var

Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var


11-05-2022, 22:49. Yazar: Admin

Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük avtomobili ilə toqquşub.

Qarabaginfo.az-ın “Haber Global”a istinadən xəbərinə görə, hadisə Turqutlu rayonunda baş verib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb edilib. Yaralılar Turqutlu Dövlət Xəstəxanasına və yaxınlıqdakı özəl xəstəxanalara aparılıb.


Geri dön