Ana Sayfa > Karusel / Gündəm > Sumqayıtda qonşusunu öldürən şəxsin istintaqı başa çatıb

Sumqayıtda qonşusunu öldürən şəxsin istintaqı başa çatıb


11-05-2022, 19:58. Yazar: Admin

Sumqayıtda qonşusunu öldürən şəxsin istintaqı başa çatıb

Sumqayıtda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Ramin Nəzərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fikrət Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Geri dön