Ana Sayfa > Karusel / Gündəm > Nazir: "Nümunəvi idmançılarımız haqqında filmlərin sayı artmalıdır"

Nazir: "Nümunəvi idmançılarımız haqqında filmlərin sayı artmalıdır"


11-05-2022, 19:50. Yazar: Admin

FİF-in icraçı direktoru: Turan Tovuz yalnız AFFA-ya ümid olmamalıdır

"Öncə filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsi təbrik edirəm. Doğrudan da ekran işi çox yaxşı alınıb. Düşünürəm ki, məşhur, nümunəvi idmançılarımız haqqında filmlərin sayı artmalı, biz də Gənclər və İdman Nazirliyi olaraq buna dəstək olmalıyıq".

Qarabaginfo.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan millisinin sabiq cüdoçusu və qadınlardan ibarət yığma komandanın məşqçisi Kifayət Qasımova haqqında “After&Before” adlı bədii-sənədli filmin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, cəmiyyət belə filmlərdə idmançının keçdiyi yol barədə məlumat alır: "Hər qələbənin arxasında böyük əziyyət var. İdmançılar çoxlu çətinliklə qarşılaşırlar. Kifayət Qasımova nümunəvi idmançılarımızdan biridir. Gələcək nəsil bu filmlər vasitəsilə belə idmançıları tanıyır. Bu cür filmlər idmanlar məşğul olanların sayının artmasına səbəb olur. Digər idmançılarla bağlı da yeni filmlər gözləyirik".


Geri dön