Ana Sayfa > Karusel / Gündəm > Fransada ictimai nəqliyyatda maska taxmaq məcburiyyəti ləğv edilir

Fransada ictimai nəqliyyatda maska taxmaq məcburiyyəti ləğv edilir


11-05-2022, 19:44. Yazar: Admin

Les derniers articles de Nicolas Berrod

Fransa hakimiyyəti mayın 16-dan ictimai nəqliyyatda daha əvvəl koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən maska taxmaq məcburiyyətini ləğv etmək qərarına gəlib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran respublika hökumətinin hazırkı tərkibdə sonuncu iclasının yekunlarına dair brifinqdə bildirib.

“Ölkədə epidemioloji vəziyyət yaxşılaşır. Pandemiya hələ bitməsə də, yeni yoluxanların sayı azalır, ona görə də biz hesab edirik ki, ictimai nəqliyyatda maskaların məcburi istifadəsini saxlamaq artıq məqsədəuyğun deyil. Bu məcburiyyət mayın 16-dan ləğv ediləcək”, - o deyib.

Qeyd edək ki, bu, Fransa hökumətinin hazırkı tərkibinin son qərarı olub. Belə ki, Fransa Prezidenti Emmanuel Makronun birinci mandatı mayın 14-də başa çatacaq və o, ikinci müddətə prezidentliyə başlayacaq. Makronun artıq yeni baş naziri təyin edəcəyi gözlənilir. O da öz növbəsində yeni tərkibdə Nazirlər Kabinetini formalaşdıracaq.

Xatırladaq ki, martın 14-də Fransa hakimiyyəti qapalı məkanlarda məcburi maskanın taxılması qaydasını ləğv etmişdi, lakin ictimai nəqliyyatın sərnişinləri, tibb müəssisələrinin, qocalar evlərinin ziyarətçiləri və işçiləri üçün bu qayda saxlanmışdı.


Geri dön