Ana Sayfa > Karusel / Gündəm > Jukovu təhqirə görə axtarışa verilən Əsgərov danışdı
Jukovu təhqirə görə axtarışa verilən Əsgərov danışdı11-05-2022, 17:07. Yazar: Admin |
Mən Rusiyaya qayıtmayacağam. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Axar.az-a açıqlamasında “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiya DİN tərəfindən axtarışa verilməsi haqda danışarkən deyib. “İşin başlanması faktının özü onu deməyə əsas verir ki, ictimaiyyətə açıqlanmış tarixi məlumatlar nəzərə alınmır. Ona görə də onların Rusiyada məhkəmə tərəfindən qəbul ediləcəyinə heç bir zəmanət yoxdur və Rusiya məhkəməsində maraqlarımı müdafiə etməyə çalışmaq axmaqlıqdır. Jukov haqqında yazdıqlarım həm arxivlərdə, həm tarix kitablarda, həm də Vikipediyada olan məlum faktdır. Hətta bununla bağlı filmlər də çəkilib. Görünür, Rusiya hüquq-mühafizə orqanları o qədər daxili düşmən axtarışına aludə olub ki, belə mənasız işlərə əl atır. Qəribədir ki, iddianı Tarix Muzeyi deyilən qurum qaldırıb. Bu, onun heç də tarixi deyil, psevdotarixi olduğunu deməyə əsas verir. Onlar hansısa siyasi sifarişləri yerinə yetirirlər. Bu, qəbuledilməzdir. Tarix bir elm olaraq Rusiyada mövcud deyil. Fakt olaraq heç hüquq elmi də yoxdur. Ona görə də Rusiyada nəsə etmək normal deyil”, - Əsgərov bildirib. Qeyd edək ki, R.Əsgərov marşal Jukov haqda səsləndirdiyi fikirlərə görə barəsində cinayət işi açılıb və Rusiya DİN onu axtarışa verib.
Geri dön |