Ana Sayfa > Karusel / Sosial > TƏBİB-in sədri pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib

TƏBİB-in sədri pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib


10-04-2020, 16:46. Yazar: Admin

 

TƏBİB-in sədri pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib

Bu gün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.

Qarabaginfo.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib və həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.

Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Bu görüşlərin mütəmadi keçirilməsi barədə qərar qəbul edilib. APA

 


Geri dön