Ana Sayfa > Karusel / Gündəm > BMT Baş katibi: “Yaxın vaxtlarda sülh olmayacaq”
BMT Baş katibi: “Yaxın vaxtlarda sülh olmayacaq”11-05-2022, 16:21. Yazar: Admin |
“Yaxın vaxtlarda sülh olmayacaq”. Qarabaginfo.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş “The Guardian” nəşrinə müsahibəsində deyib. “Vaxt gələcək ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlayacaq. Bu müharibə sonsuzadək davam etməyəcək. Sülh danışıqlarının aparılacağı vaxt gələcək. Lakin mən bunun yaxın gələcəkdə olacağını düşünmürəm”, - o söyləyib. Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların gələcəkdə dayandırılması ehtimalı barədə danışmışdı. O bildirmişdi ki, əsirlikdə olan Mariupol müdafiəçilərinin öldürülməsi bunun əsas səbəbidir. Geri dön |