Dünya Bankı Ukraynaya dövlət qulluqçularına və müəllimlərə maaş vermək üçün ayda orta hesabla 200 milyon dollar, ümumilikdə isə 1,5 milyard dollar verəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın maliyyə nazirinin müavini Roman Yermolıçev deyib.
"Biz səlahiyyətlilərlə birlikdə Ukraynada davamlı dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərini dəstəkləmək üçün artıq Dünya Bankı ilə birgə layihə hazırlayırıq. Elan edilən yardımın məbləği 1,5 milyard dollar təşkil edəcək”, - deyə rəsmi bildirib.