Ana Sayfa > Karusel / Region > Ankarada yeni Rusiya-Ukrayna görüşü keçiriləcək

Ankarada yeni Rusiya-Ukrayna görüşü keçiriləcək


11-05-2022, 15:50. Yazar: Admin

2022/05/10829-1652269193.jpg

Yaxın günlərdə Türkiyə, Rusiya, Ukrayna və BMT arasında humanitar məsələlər üzrə təmas qrupu çərçivəsində görüş keçiriləcək.

Qarabaginfo.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə telekanal diplomatik mənbələrdən məlumat alıb.

BMT-nin humanitar təmas qrupunun yaradılması təklifinin olduğunu qeyd edən mənbələr, iki ölkə arasında danışıqların aparıldığını bildiriblər. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında görüş bu kontekstdə yaxın günlərdə də davam edə bilər. Tərəflər arasında texniki görüşlər keçiriləcək.

Telekanalın diplomatik mənbələri atəşkəs danışıqları çərçivəsində təhlükəsizlik təminatlarına da diqqət çəkib.(Yenisabah.az)


Geri dön