Ana Sayfa > Karusel / Region > Doktorantura üzrə xarici dil seçiminə qoyulan məhdudiyyət götürülüb
Doktorantura üzrə xarici dil seçiminə qoyulan məhdudiyyət götürülüb11-05-2022, 15:32. Yazar: Admin |
Dövlət İmtahan Mərkəzinin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı məktuba aidiyyəti üzrə baxılıb və müsbət qərar verilib. Qarabaginfo.az DİM-ə istinadən xəbər verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər. Xatırladaq ki, xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq. Geri dön |