Ana Sayfa > Karusel / Siyasət > Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına münasibət bildirib
Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına münasibət bildirib11-05-2022, 14:55. Yazar: Admin |
Xerson vilayətinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi imkanının dəqiq hüquqi əsası olmalıdır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, Xerson vilayətinin sakinləri regionun Rusiya Federasiyasına daxil olması üçün müraciət edib-etməmək barədə özləri qərar verməlidirlər. Qeyd edək ki, Ukraynanın Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov regionun Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət etmək niyyətində olduğunu açıqlayıb. Geri dön |