Ana Sayfa > Karusel / Region > Erməni general Xankəndidəki atışmaya görə saxlanıldı

Erməni general Xankəndidəki atışmaya görə saxlanıldı


11-05-2022, 11:48. Yazar: Admin

Ötən gün Xankəndi şəhərinin mərkəzində baş vermiş silahlı atışma ilə əlaqədar Qarabağ separatçılarının qanunsuz silahlı birləşməsinin keçmiş komandan müavini, general-mayor Samvel Karapetyan (Oqanovski) saxlanılıb.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə Xankəndidəki separatçılar bildiriblər.

Xankəndinin mərkəzi meydanında baş vermiş atışmanın nəticələri barədə iki maddə ilə cinayət işinin açıldığı bildirilib.

Atışma mayın 10-da saat 19:10 radələrində baş verib.


Geri dön