Ana Sayfa > Karusel / Region > Rusiya DİN Rövşən Əsgərovu axtarışa verdi
Rusiya DİN Rövşən Əsgərovu axtarışa verdi11-05-2022, 11:41. Yazar: Admin |
Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumat bazasında qeyd olunub.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb. İddialara əsasən, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb (modern.az) Geri dön |