Ana Sayfa > Karusel / Gündəm > 30 minlik ağacların kəsilməsinə görə cinayət işi AÇILDI
30 minlik ağacların kəsilməsinə görə cinayət işi AÇILDI11-05-2022, 11:22. Yazar: Admin |
Bəzi sosial media səhifələrində Yardımlı rayonunu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyənləşib.
Geri dön |