Ana Sayfa > Karusel / Gündəm > Vüqar Səfərli kassasiya şikayəti VERDİ
Vüqar Səfərli kassasiya şikayəti VERDİ11-05-2022, 11:14. Yazar: Admin |
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli kassasiya şikayəti verib.
Qarabaqinfo.az Report-a istinadən xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Geri dön |