Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan nefti 3 dollara qədər ucuzlaşdı
Azərbaycan nefti 3 dollara qədər ucuzlaşdı11-05-2022, 10:45. Yazar: Admin |
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollara qədər ucuzlaşıb.
Qarabaqinfo.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,78 ABŞ dolları, yaxud 2,49 % azalaraq 108,77 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir Geri dön |