Ana Sayfa > Karusel / Dünya > NATO Qara dənizlə bağlı planlarını açıqlayıb
NATO Qara dənizlə bağlı planlarını açıqlayıb11-05-2022, 06:51. Yazar: Admin |
Şimali Atlantika Alyansı uzun müddət Qara dənizdən kənarda qalmağı planlaşdırmır. Qarabaginfo.az Bolqarıstan Milli Televiziyasına istinadən xəbər verir ki, bunu NATO Hərbi Dəniz Qüvvələrinin komandanı, britaniyalı vitse-admiral Keyt Blount bildirib. Blountun sözlərinə görə, NATO hər gün vəziyyətdən asılı olaraq öz planlarına yenidən baxır. O, həmçinin qeyd edib ki, alyans hərəkət proqramına uyğun Qara dənizdə gəmilər və sualtı qayıqlar saxlayır. Aprelin sonunda Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qara dənizdə bölgədən kənar ölkələrin hərbi gəmilərinin olmadığını bəyan edib. O bildirib ki, NATO gəmilərinin sularda hərəkəti Qara dəniz regionunda gərginliyi artıra bilər. Akar hərbi gəmilərin Qara dənizə girməsinə icazə verməyəcəyini də vurğulayıb. Belə ki, 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına əsasən, Qara dənizə daxil olmayan ölkələrin hərbi gəmiləri burada üç həftədən çox qala bilməz.(Report) Geri dön |