Ana Sayfa > Karusel / Gündəm > Tbilisidə Heydər Əliyevə həsr edilmiş sərgi açılıb
Tbilisidə Heydər Əliyevə həsr edilmiş sərgi açılıb10-05-2022, 21:44. Yazar: Admin |
Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Təsviri İncəsənət Muzeyində "Gələcəyə aparan yol" adlı sərginin açılışı olub. Qarabaginfo.az xəbər verir ki, Ulu öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasında dostluq əlaqələrindən, hər iki liderin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında oynadığı müstəsna roldan bəhs edən nadir fotoşəkillərin və qiymətli əşyaların nümayiş olunduğu sərginin açılış mərasimində Gürcüstan Xarici işlər nazirinin müavini Aleksander Xvtisiaşvili, Tbilisi meri Kaxa Kaladze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, sabiq Prezidenti Eduard Şevarnadzenin ailə üzvləri, gürcü və azərbaycanlı ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Eduard Şevarnadzenin nəvəsi Sopo Şevardnadze Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin şəxsi rolunu vurğulayıb. O, Eduard Şevardnadze ilə Heydər Əliyev arasında yaxın münasibətlərin və dostluq əlaqələrinin hələ də ailəsinin yaddaşında olduğunu vurğulayıb. Daha sonra çıxış edən Azərbaycanln Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, sərgidə nümayiş olunan fotoşəkillər Azərbaycan və Gürcüstanın müstəqilliyinin ilk illərindəki birgə çətin addımlarını yada salır: "1991-ci ildə ölkələr müstəqilliyini qazandığı zaman müstəqilliyin yenidən itirilməsi təhlükəsi yaranmışdı və çətin günlərdə xalq böyük siyasi lidelərə üz tutub onların siyasi hakimiyyətə qayıtmasını tələb etdi. Müstəqilliyin bərpa olunmasından sonra Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıəın əsası 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin Gürcüstana səfəri zamanı qoyulub və həmin səfər zamanı imzalanmış sənədlə ikitərəfli strateji tərəfdaşlığın əsası qoyulub, sülh və sabitlik möhkəmləndirilib",- deyə səfir qeyd edib. Səfir Faiq Quliyev üeyd edib ki, Prezident İlham Əliyev 2015-ci ildə Gürcüstana səfəri zamanı Eduard Şevardnadzenin evini ziyarət edib və ailə üzvləri ilə görüşüb. Səfir vurğulayıb ki, Azərbaycanın siyasəti yalnız regionda deyil, dünyada sülh və sabitliyin inkişafına yönəlib və iki ölkə arasında əməkdaşlıq bu gün Cənubi Qafqazda sülh və sabitliyin qarantı rolunu oynayır. Daha sonr çıxış edən Gürcüstan xarici işlər nazirinin müavini Aleksander Xvtisiaşvili bildirib ki, Heydər Əliyev Gürcüstanın böyük dostu olub. Vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında əlaqələrin qədim tarixi var və keçmişin bu mirasının möhkəmləndirilməsi və inkişafında, regional və qlobal əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsində Heydər Əliyev önəmli rol oynayıb. O, Gürcüstanın gələcəkdə də Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələrində yeni dinamika görməyə ümid etdiyini qeyd edib. Sonda sənədli film nümayiş etdirilib. Geri dön |