Ana Sayfa > Karusel / Gündəm > Təl-Əviv-İstanbul təyyarəsi sərnişinlərə göndərilən şəkil səbəbindən geri qayıtdı

Təl-Əviv-İstanbul təyyarəsi sərnişinlərə göndərilən şəkil səbəbindən geri qayıtdı


10-05-2022, 19:37. Yazar: Admin

Təl-Əviv-İstanbul təyyarəsi sərnişinlərə göndərilən şəkil səbəbindən geri qayıtdı

Təl-Əviv-İstanbul reysi üzrə uçan təyyarə bəzi sərnişinlərə təyyarə qəzasını əks etdirən fotoşəkil göndərilməsi səbəbindən geri qayıtmalı olub. 

Qarabaginfo.az “Star” qəzetinə istinadən xəbər verir ki, Təl-Əviv-İstanbul reysini həyata keçirən “Anadolujet”ə məxsus TK-7709 reysi ilə uçan təyyarə havaya qalxmaq üçün uçuş-enmə zolağına doğru irəliləməyə başlayıb. Bu zaman sərnişinlərə qəza fotoları göndərilib. 

Onlar vəziyyəti stüardessalara bildiriblər.

Pilot-kapitan Ben Qurion hava limanının idarəetmə qülləsi ilə əlaqə saxlayıb və məlumatlandırıb. Təyyarə təhlükəsizlik məqsədi ilə dayanacağa qaytarılıb. Təhlükəsizlik qüvvələri təyyarəyə baxış keçirib. Təyyarədə nəzarət zamanı hər hansı neqativ hal aşkar edilməyib. Təyyarə 154 sərnişinlə saat 15:40-da Ben Qurion hava limanından havaya qalxıb.


Geri dön