Ana Sayfa > Karusel / Dünya > Almaniya Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir

Almaniya Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir


10-05-2022, 16:53. Yazar: Admin

 

Almaniya Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir

Almaniya səfirliyini yenidən Kiyevə qaytaracaq.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan Almaniya XİN başçısı Annalena Berbok açıqlama verib.

O, bu gündən etibarən səfirliyin minimal diplomat heyəti ilə Kiyevdə fəaliyyətini bərpa edəcəyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, Yunanıstan və Kanada da öz səfirliklərini Kiyevə geri qaytarıb.


Geri dön