Ana Sayfa > Karusel / Siyasət > Səfirlər İrəvanda Türkiyə-Ermənistan münasibətlərini müzakirə etdi

Səfirlər İrəvanda Türkiyə-Ermənistan münasibətlərini müzakirə etdi


10-05-2022, 16:40. Yazar: Admin

2022/05/5bbd0-1652186005.jpg

 


Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan qanunverici orqanın binasında ABŞ, Böyük Britaniya, İsveçrə, Avropa İttifaqı ölkələrinin səfirləri və akkreditasiya olunan nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. 

Qarabaginfo.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, görüş iştirakçıları Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini və regiondakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ruben Rubenyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Nümyəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub. 


Geri dön