Erlinq Haalandın “Borussiya”dan “Mançester Siti”yə keçidi tamamlanmaq üzrədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Norveçli forvardın tibbi müayinəsi Dortmundda baş tutub. 21 yaşlı hücumçunun transferi bu həftə ərzində açıqlanacaq.
“Mançester Siti” Haaland üçün “Borussiya”ya 75 milyon avro ödəyəcək.