Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisidəki özəl klinikalardan birinə köçürüləcək.
Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün o, xəstəxanada müayinə olunacaq.