Ana Sayfa > Karusel / Siyasət > Xidmət rəisi: "Ukraynadan olan miqrantlara güzəştlər tətbiq ediləcək"

Xidmət rəisi: "Ukraynadan olan miqrantlara güzəştlər tətbiq ediləcək"


10-05-2022, 13:26. Yazar: Admin

Vüsal Hüseynov

 

“Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı çox məhduddur”.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, ölkədə olan miqrantların sayı 142 mindirsə, qanunsuz miqrantların sayı 3-4 min arasında dəyişir: “DMX tərəfindən saxlanma mərkəzlərinə çox məhdud sayda şəxslər yerləşdirilir. Hazırda DMX tərəfindən saxlanma mərkəzlərində olan şəxslərin sayı 10-dan azdır”.

Vüsal Hüseynov daha çox hansı ölkələrdən qanunsuz miqrantların olmasına da aydınlıq gətirib: “Qanunsiz miqrantlar sırasında adətən qonşu dövlətlərdən olan vətəndaşlar və Cənub-Şərqi Asiyadan ölkəmizə səfər edən şəxslər üstünlük təşkil edir. Hazırda Ukrayna vətəndaşları ilə bağlı da qanunsuz miqrasiya ilə bağlı müəyyən qədər artım var. Hazırda Azərbaycanda Ukraynadan olan 8200-dən artıq şəxs yaşayır. Amma Ukraynadan olan qanunsuz miqrantların sayı ilə bağlı heç nə deyə bilmərəm. Bu şəxslər hazırda qanunsuz miqrant sayılmır. Çünki onlar mövcud vəziyyətlə bağlı öz ölkələrinə qayıda bilmirlərsə, onlara fərqli yanaşmaq lazımdır. Ukraynadan olan qanunsuz olan miqrantların sayı çox azdır”.

Xidmət rəisi qeyd edib ki, Ukraynadan olan miqrantlara güzəştlər tətbiq ediləcək: “Ukraynadan olan vətəndaşların Azərbaycanda leqal olaraq qalması üçün müvafiq tədbirlər görülür. Bununla bağlı güzəştlər nəzərdə tutulur”.


Geri dön