Ana Sayfa > Karusel / Siyasət > Nazir Ermənistanın “5+6" paketi üzrə danışıqlara başlamaq təklifinə münasibət bildirib
Nazir Ermənistanın “5+6" paketi üzrə danışıqlara başlamaq təklifinə münasibət bildirib10-05-2022, 11:30. Yazar: Admin |
“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi. Ermənistan isə bu prinsiplərin onlar üçün uyğun olmadığını bildirmişdi”. Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, daha sonra Ermənistanın Azərbaycanın 5 təklifinə qarşı 6 təklifi barədə xəbərlər yayılmışdı: “Ancaq maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul etdiyi sənədi görüb. Sənədə baxarkən görünür ki, bu, təkliflər adlandırıla bilməz. Həmin sənəd təqdim olunan zaman da Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlndırmaq olar”. Nazir deyib ki, həmin bəndlərdən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral baza təkliflərini nə üçün Ermənistana martın əvvəli təqdim edib: “Azərbaycan ilk gündən bunu qeyd etmişdi ki, baza təkliflər vasitəçilər vasitəsilə təqdim olunub. Bunu vasitəçilərdən soruşmaq lazımdır. Azərbaycan 21 fevral qeyd edibsə, məhz o tarixdə təqdim edib. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Hələ 1992-ci ildə hər iki ölkə MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Bu da hardasa Azərbaycanın qeyd etdiyi baza prinsipinin təkrarlanmasıdır”. Geri dön |