Rusiyanın paytaxtı Moskva şəhərində 71 saylı Şəhər Klinik Xəstəxanasında yanğın baş verib.
Qarabaginfo.az TASS-a iatinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən terapevtik korpusda baş verib. Xəstəxanadan 40 nəfər təxliyə edilib.
Yanğın daha sonra söndürülüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.