Ana Sayfa > Karusel / Gündəm > Bakıda “Yamaha” markalı moped oğurlanıb

Bakıda “Yamaha” markalı moped oğurlanıb


10-05-2022, 09:59. Yazar: Admin

Bakıda “Yamaha” markalı moped oğurlanıb

Bakıda moped oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə mayın 7-ndə Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus 4500 manat dəyərində “Yamaha” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şəmilov və Şərur rayon sakini Emil Babayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Geri dön