Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN Avropa ölkələrindəki səfirliklərin bağlanmasına münasibət bildirib

Rusiya XİN Avropa ölkələrindəki səfirliklərin bağlanmasına münasibət bildirib


10-05-2022, 07:11. Yazar: Admin

Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb - "İki sahil"

Moskva Avropa ölkələrindəki səfirlikləri bağlmaq fikrində deyil.

Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, Moskva qeyri-dost adlandırdığı ölkələrin Avropadakı səfirliklərinin bağlanması təşəbbüsündə deyil.

“Bu, bizim ənənəmizdə yoxdur. Ona görə də biz hesab edirik ki, diplomatik nümayəndəliklərin işi vacibdir", - deyə Qruşko bildirib.

Onun sözlərinə görə, ölkəsi diplomatik müharibəyə, qovma kampaniyasına başlamayıb.


Geri dön