Ana Sayfa > Karusel / Gündəm > Samir Abasov: "İstefa" qışqıranlar həyatda mövqeyi olmayan insanlardır"

Samir Abasov: "İstefa" qışqıranlar həyatda mövqeyi olmayan insanlardır"


9-05-2022, 21:56. Yazar: Admin

Neftçi"nin baş məşqçisi sərt cəzalandırılıb | AzPolitika — onlayn siyasi-ictimai qəzet

"İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra deyib.

O bildirib ki, matçın gedişində "İstefa" şüarları səsləndirənlər həyatda mövqeyi olmayan insanlardır: "Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeş gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin".

 


Geri dön