Ana Sayfa > Karusel / Gündəm > Ukrayna Prezidenti Avropa Şurasının baş katibi ilə görüşüb

Ukrayna Prezidenti Avropa Şurasının baş katibi ilə görüşüb


9-05-2022, 21:38. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında məlumat yayıb.

"Avropa Şurası Rusiyanı üzvlükdən kənarlaşdıran ilk təşkilat oldu. Biz Ukraynanı dəstəkləmək və Rusiyanın ölkəmizə qarşı müharibəsini pisləmək istiqamətində bu cür addımları yüksək qiymətləndiririk. Baş katib Mariya Peyçinoviç-Buriçə səfərə görə minnətdaram. Bu, vacibdir”, - məlumatda deyilir.


Geri dön