Ana Sayfa > Karusel / Gündəm > “Avroviziya”da Azərbaycandan səsləri o elan edəcək
“Avroviziya”da Azərbaycandan səsləri o elan edəcək9-05-2022, 19:09. Yazar: Admin |
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan münsif səsverməni elan edəcək şəxsin adını açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edəcək.
Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq. Qeyd edək ki, yarımfinal mərhələləri mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.
Geri dön |