Ana Sayfa > Karusel / Gündəm > İsveçin NATO-ya üzvlüklə bağlı qərar verəcəyi tarix açıqlanıb
İsveçin NATO-ya üzvlüklə bağlı qərar verəcəyi tarix açıqlanıb9-05-2022, 18:21. Yazar: Admin |
İsveçdə hakim Sosial-Demokrat Partiyası ölkənin NATO-ya üzvlüyü ilə bağlı yekun qərarı mayın 15-də verəcək. Qarabaginfo.az SVT telekanalına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın mətbuat katibi Tobias Baudin açıqlama verib. Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda İsveç və Finlandiya NATO-ya üzv olmaq niyyətini açıqlayıb. Geri dön |