Ana Sayfa > Karusel / Gündəm > “Petkim” qlobal təsirlərə baxmayaraq, ilin ilk rübünü mənfəətlə başa vurub
“Petkim” qlobal təsirlərə baxmayaraq, ilin ilk rübünü mənfəətlə başa vurub9-05-2022, 16:24. Yazar: Admin |
||||||||||||||||||||||||||||||||||||||||||
Türkiyənin ən böyük xarici investoru “SOCAR Türkiyə”nin törəmə müəssisələrindən olan “Petkim” 2022-ci ilin ilk rübünü 1,7 milyard türk lirəsi (TL) ümumi, 1,8 milyard TL xalis mənfəətlə başa vurub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Məlumata görə, “Petkim” qlobal miqyasda geosiyasi risklərə baxmayaraq ilk rübdə uğurlu idarəçilik, yüksək məhsuldarlıq və STAR Neft Emalı Zavodunun (NEZ) fasiləsiz xammal dəstəyi ilə cari ilə də uğurla başlayıb. 2022-ci ilin ilk rübündə valyuta təminatlı depozit sisteminin təsiri ilə nağd pul ehtiyatını gücləndirməyə nail olan “Petkim”, xərclərin artmasına baxmayaraq istehsala fasiləsiz davam edib. İlk 3 aylıq dövrdə 11,4 milyard TL satış gəliri əldə edən “Petkim”in kommersiya satışları ümumi satışlarının 33 %-ni təşkil edib. “Petkim” bu çətin dövrdə 258 milyon TL məbləğində korporativ gəlir vergisi ilə Türkiyə iqtisadiyyatı üçün iqtisadi dəyər yaratmağa davam edib.
Geri dön |