Ana Sayfa > Karusel / Gündəm > Saçını qırxdı, özünə xəsarət yetirdi, basqına məruz qaldığını dedi
Saçını qırxdı, özünə xəsarət yetirdi, basqına məruz qaldığını dedi9-05-2022, 15:00. Yazar: Admin |
Lənkəranda qadın saçını qırxıb, üzünə iynə ilə xəsarət yetirib, polisə isə yalandan maskalılar tərəfindən basqına məruz qaldığını deyib. Rayon sakini Ş.H. adlı qadın polisə müraciət edərək, yaşadığı evə 2 maskalı şəxsin daxil olaraq, onu hədələdiyini, zor tətbiq edərək, qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirdiyini bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Araşdırmalarla Ş.H.-nın ailə üzvləri ilə yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə üz nahiyəsinə xəsarətlər yetirdiyi və zorakılığa məruz qalması ilə bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub. Qeyd olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü də etiraf edib. Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır. Geri dön |