Ana Sayfa > Karusel / Gündəm > İsmayıllıda torpaq uçqunu - Lahıc yolu bağlandı

İsmayıllıda torpaq uçqunu - Lahıc yolu bağlandı


9-05-2022, 12:13. Yazar: Admin

İsmayıllıda torpaq uçqunu

 

Bu gün baş verən torpaq uçqunu nəticəsində bağlanan Lahıc yolunda hərəkətin bərpası üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

"Selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu təmizlənib. Yolda hərəkətin yarım saat ərzində bərpa olunacağı gözlənilir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində baş verib.

Səhər saatlarında sel nəticəsində dağlardan gələn torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb. Bu səbəbdən həmin yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.


Geri dön